Gecə saatlarında baş verən güclü külək səbəbindən bir neçə Bakıətrafı kənd və qəsəbədə elektrik enerji verilişi ilə bağlı problem yaşanıb.
Bildirilir ki, Mehdiabad qəsəbəsində işıq olmadığından vətəndaşlar 45 saylı Abşeron seçki dairəsində qaranlıqda səs vermək məcburiyyətində qalıblar.
Gecə baş verən güclü külək nəticəsində 2-ci Qobu elektrik xəttində qəza baş verib. Bu səbəbdən Mehdiabad qəsəbəsi və Məhəmmədi kəndinin bəzi ərazilərində işığın verilməsində fasilələr yaranıb.
Artıq qəza aradan qaldırılıb, gün sonuna kimi bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq. Küləyin sürəti yüksək olduğundan əməkdaşlar rahatlıqla işləyə bilmir. Ancaq buna baxmayaraq gücləndirilmiş iş rejimində işləyirik və hər cür texnikamız var.
Hövsanda Qum adası deyilən ərazidə də hava xətlərində kiçik problemlər yaşanıb və bu səbəbdən Suraxanı və digər qəsəbələrin bəzi ərazilərində elektrik enerjisinin veilməsində fasilə yaranıb, problem qısa müddətdə aradan qaldırılacaq.
Hazırda regionlarda hər hansı problem müşahidə olunmayıb.
Qabaqlayıcı tədbirlərimiz öz nəticələrini verir, təşkilatçılıq yüksək səviyyədədir. Dağətəyi rayonlara güclü qar yağsa da, hələ ki, elektriklə bağlı problem yaşanmayıb.
199 Çağrı Mərkəzimiz də aktiv fəaliyyət göstərir. Fərdi qaydada belə gələn zənglərə diqqətlə yanaşılır.
Digər xəbərlər
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026