İstismar müddətini başa vurmuş elektrik şəbəkələri külək və digər təbii amillərə adekvat olmadığından yenidən qurulur
“Azərişıq” ASC Respublikanın bütün regionlarında olduğu kimi Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. Məlum olduğu kimi istismar müddətini başa vurmuş elektrik xətləri külək və digər təbii amillərə adekvat olmadığından açılmalar baş verir, fasilələr yaranır. Odur ki, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin realizasiyasının tam həyata keçirilməsi istiqamətində 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.
Belə ki, Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart sayğaclar qurlaşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenisi ilə əvəzlənib və hazırda bu kəndlərdə ÖİN - SIP -(Özünüdaşıyan İzolyasiyalı Naqillər) xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan KTM-lərin (Komplekt Transformator Məntəqəsi) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanııb.
İmişli rayonunda Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun kənarında yerləşən 35/6 kV-luq “Bəhrəmtəpə” yarımstansiyasında da genişləndirmə və yenidənqurma işləri aparılır. 35 kV-luq Aranlı və 35 kV-luq Zavod hava xətlərinın magistral yol kənarı ilə paralel keçən hissəsinin birləşdirilərək ikidövrəli dayaqlarla yenidən çəkilməsi istiqamətində ilkin proses başa çatıb. Bununla yanaşı rayon ərazisində yeni tikilən 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasını elektrik enerjisi ilə təmin etmək üçün yeni ikidövrəli 35 kV-luq “Rəsullu” hava xəttinin tikintisi yekunlaşıb. Artıq 35/10 kV-luq “Yeni Rəsullu” yarımstansiyasının yeni tikilmiş xəttin birinci dövrəsinə 35/10 kV-luq “Muğan” və ikinci dövrəsinə isə 35/6 kV-luq “Çahar” yarımstansiyaları qoşulub. Həmçinin hazırda rayonun Telişli, Xəlfəli və Hacalmuradlı kəndlərində 0,4 kV-luq şəbəkələri yenidən qurulur.
Aran Regionunun digər rayonu Beyləqanda da yenidənqurma işləri sürətlə aparılıb və aparılmaqdadır. Belə ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yenidənqurma işləri başa çatdırılıb, kabelləşmə və smart kart tipli sayğaclar quraşdırılıb. Hazırda Beyləqan rayonunun mərkəzində 10 kV-luq Yağ zavodu hava xəttindən qidalanan KTM-lərin 0,4 kV-luq tərəfində və I Şahsevən kəndində yenidənqurma işləri davam etdirilir.
Zərdab rayonunun Dəkkoba, Dəli Quşçu və İsaqbağı kəndlərində də yenidənqurma işləri başa çatıb. 2018-ci il ərzində bu kəndlərdə 28 ədəd müxtəlif güclü transformator məntəqələri quraşdırılaraq istismara verilib. Hal-hazırda Zərdab rayonunun mərkəzində ÖİN kabellərlə yenidənqurma işləri görülür.
ARAN regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunda isə Sarıçoban və Ayaq Qərvənd kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb, hazırda sayğacların quraşdırılması işləri aparılır. Rayonun Sarıcalı kəndində yenid’nqurmaya hazırlıq işlərinə start verilib.
ARAN regionunun cəbhə bölgəsində yerləşən digər rayonu Fizulidə isə ən böyük kəndlərdən olan Böyük Bəhmənli kəndində KTM-lərin qurlaşdırılması işi başa çatıb, hazırda 0,4 kV-luq şəbəkənini yenilənməsi işləri aparılır.
Digər xəbərlər
- Abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam yığımı, eləcə də debitor borcların ödənişinin təmin olunaraq azaldılması əsas hədəflərimizdəndir. 22 Oktyabr 2024
- “Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 10 Yanvar 2024
- Yenidənqurma işləri ilə əlaqədar Qaradağda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq 06 Noyabr 2024
- Elektrik enerjisi üzrə debitor borcların azaldılması üçün müasir texnologiyalardan istifadə edilir. 16 Sentyabr 2024
- KOBİA və "Azərişıq" ASC Gəncədə sahibkarlıq subyektləri ilə görüş keçirib. 18 Oktyabr 2024