“Azərişıq” ASC Almaniyanın Hannover şəhərində keçirilən “HANNOVER MESSE-2022” sərgisində təmsil olunub.
“HANNOVER MESSE-2022” beynəlxalq sərgisi dünya miqyasında qabaqcıl sənaye texnologiyalarının nümayişi üzrə ən əhəmiyyətli tədbirlərindən biridir. Bu sərginin əsas predmeti hazırda sənaye və biznesin sürətli inkişafı üçün açar meyarlar hesab olunan - rəqəmsallaşma və davamlılığa yönəldilmişdir. Sərgidə “Amazon Web Services” (AWS), “Baumüller Nürnberg”, “Schneider Electric”, “İnter Systems”, “Smart Factory”, “Siemens” və s. kimi qabaqcıl dünya şirkətləri iştirak edib.
“Azərişıq” ASC-nin təmsil etdiyi stenddə təqdim olunan istiqamətlər:
1.İşğaldan azad olunmuş ərazilərdə tətbiq olunan yeni texnologiyalar və innovasiyalar.
Şuşa şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və müasir ikipilləli 35/0,4kV-luq şəbəkənin tətbiqi, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi və s.
2.“Azərişıq” ASC-nin fəaliyyəti, innovativ enerji həlləri və naliyyətləri.
“Azərişıq” ASC-nin ölkə əhalisini fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və yüksək səviyyəli xidmət göstərmək məqsədilə son illərdə həyata keçirdiyi yeni innovativ fəaliyyətin istiqamətləri, o cümlədən genişmiqyaslı yenidənqurma və təmir işləri, ağıllı (smart) sayğacların quraşdırılması, yeni yarımstansiyaların və Transformator Mərkəzlərinin tikintisi haqqında video çarx və bülletenlər sərgi ziyarətçilərinə təqdim olunub.
Qeyd olunan sərgidə energetika sahəsinə dair rəqəmsal enerji, enerji səmərəliliyi, yaşıl enerji həlləri, neytral karbon istehsalı və enerji təchizatı, hidrogen və yanacaq məhsullarının istismarı kimi mövzular əhatə olunub.
Sözügedən tədbirdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti digər sərgi iştirakçıları Katko, Shandong, b2Eelectronics, Industria Metalurgica şirkətləri ilə eyni bölmədə yer alıb.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri ilə görüşüb 01 May 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 17 Aprel 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları 10 İyun 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026