
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Almaniyanın “EKM” Global Consulting GMbH şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalanıb.
EKM Global Consulting GMbH şirkətinin rəhbəri Elşən Musayev bildirib ki, bu gün ölkədə innovativ texnologiyaların tətbiqi iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı, gənc kadr potensialının yetişdirilməsi və yaxşılaşdırılmasında da müsbət nəticələr əldə etməyə geniş imkanlar yaradır. Bu baxımdan, “Azərişıq” ASC, elektroenergetika sahəsində ilk dəfə olaraq, Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsini reallaşdıraraq, virtual monitorinq sisteminin əsasını qoydu. Əminəm ki, gələcəkdə də müasir və innovativ texnoloji nailiyyətlərin mənimsənilməsi və bu istiqamətdə peşəkar kadrların hazırlanmasında Tədris və İnnovasiyalar Mərkəzinin mütəxəssisləri ilə perspektiv əməkdaşlıq uğurla davam etdiriləcəkdir.
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, elektroenergetika sahəsinin yüksək ixtisaslı kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsində müasir tələblərə cavab verən təlim-tədris metodikasının rəqəmsal texnologiyalar üzərində qurulduğunu qeyd etdi. O, həmçinin məlumat verdi ki, şəbəkələrin müasir, texnogen xarakterli innovativ üsullarla idarə edilməsinin təmin edilməsi üçün müvafiq kateqoriyalı mütəxəssislərin Virtual Reallıq Təlimlər sisteminin köməyi ilə hazırlanması qısa vaxt ərzində mühüm nailiyyətlər əldə etməyə geniş imkanlar yaradır. Bu, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də paylayıcı şəbəkələrdə artıq tətbiq edilmiş və edilməsi nəzərdə tutulan innovasiyaların istifadə imkanlarının araşdırılması, layihələndirilməsi və mütəxəssislərin hazırlanması istiqamətində atılmış növbəti mühüm addımdır. Bundan sonra da, rəqəmsal və innovativ texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənimsənilməsi və gənc kadr potensialına çatdırılması üçün EKM Global Consulting şirkəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəyik.
Digər xəbərlər
- “Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir. 07 Fevral 2022
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 10-da Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edib. 10 Mart 2022
- “3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edilir. 04 Fevral 2022
- Zəngilan rayonunun Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir. 16 May 2022
- Azərişıq ASC-nin Kommunikasiya Strategiyası hazırlanıb. 19 Yanvar 2022