“Azərbaycan Respublikası regonlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında ölkə prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq “Azərişıq”ASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu sahəsində aktiv iştirak edir və mütəmadi olaraq bütün rayon elektrik şəbəkələrində vətəndaşların işlə təmin olunmasını həyata keçirir.
Belə tədbirlərdən biri bu dəfə Sabirabad Elektrik Şəbəkəsində baş tutub. Səmhdar Cəmiyyətin sədr müavini Ramil Yusifovun başçılığı ilə İşə Qəbul Komissiyası Sabirabad rayonunun yeni inzibati binasında işə qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin “Azərişıq”ASC-də işə götürülməsi üçün müvafiq müsabiqə təşkil ediblər. Müsabiqə əsasən gənclərdən ibarət kadrlarla aparılıb. Məlumat üçün bildirək ki, bu cür imtahanlar İşə Qəbul Komissiyası tərəfindən yazlı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər “Azərişıq” ASC-nin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-nin kadr ehtiyatının formalaşdırılması zamanı bir neçə mənbədən istifadə olunur. Bunlar əsasən Dövlət Məşğulluq Mərkəzinin göndərişi ilə gəlmiş namizədlərdən, vətəndaşların birbaşa müraciətlərindən, kütləvi informasiya vasitələrində verilən elanlardan, Səhmdar Cəmiyyətin rəsmi internet saytına göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrindən peşəkar ixtisaslı kadrların cəlb edilməsindən, habelə ASC-nin struktur bölmələrindən təklif olunan namizədlərin CV-lərindən ibarətdir.
Digər xəbərlər
- “Azərişıq” ASC Binə qəsəbəsində yenidənqurma işlərini davam etdirir 27 Avqust 2024
- “Azərişıq” ASC Ağdamda yenidənqurma işlərini davam etdirir. 20 İyun 2024
- “Azərişıq” ASC-nin komandası beynəlxalq yarışda birinci olub. 08 İyul 2024
- “Azərişiq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 01 İyun 2024
- “Azərişiq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 20 Avqust 2024