AZƏRBAYCAN   RESPUBLIKASININ NAZIRLƏR KABINETI

QƏRAR ? 117

Bakı şəhəri, 29 iyul 2002-ci il

«Azərbaycan Respublikasında dövlət enerjinəzarət (elektrik və istilik üzrə) haqqında Əsasnamə»nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinin «Dövlət enerjinəzarət» Idarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezdentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyi haqqında Əsasnamə»nin 6.3-cü bəndinin, «Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 3-cü bəndinin 11-ci yarımbəndinin və «Azərenerji» Səhmdar Cəmiyyətinin «Dövlət Enerjinəzarət» Idarəsinin Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə» Azərbaycan Respublikası Nazirlər kabinetinin 2002-ci il 1 fevral tarixli 18 nömrəli qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA  ALIR:

            1.  «Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

            2.   Dövlət enerjinəzarətini həyata keçirən Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinin dövlət enerji nəzarəti orqanı - «Dövlət Enerjinəzarət» Idarəsinin say tərkibi 2002-ci il 1 sentyabr tarixindən 150 nəfər müəyyən edilsin.

            3.   Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinə tapşırılsın:

            2002-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinin  «Dövlət Enerjinəzarət» Idarəsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həmin idarənin xərclər smetasını və ştat cədvəlini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin:

            Zəruriyyət yaranarsa həmin idarənin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində müvafiq xərc maddələri arasında dəyişikliklərin aparılması üçün lazimi tədbir qörsün.

            4.   2002-ci 1 mart tarixindən «Dövlətenerjinəzarət» Idarəsinin aparat işçilərinin vəzifə maaşları «Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqqlarının artırılması  haqqında» Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 1 nömrəli əlavəsinin 1-ci hissəsində qöstərilən respublika nazirliklərinin, dövlət komitələrinin və diqər mərkəzi Icra hakimiyyəti orqanlarının aparat işçilərinin vəzifə maaşları səviyyəsində, idarənin şəhər və rayon şöbələrinin işçilərinin vəzifə maaşları qərarın 2 nömrəli əlavəsində qöstərilən şəhər və rayon icra hakimiyyəti orqanları işçilərinin vəzifə maaşları səviyyəsində təyin edilsin.

            5.   «Azərbaycan Respublikasının dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiqi barədə» Azərbaycan Respublikası Nazirlər kabinetinin 1996-cı il 3 oktyabr tarixli 135 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

            6.   Bu qərar imzalandığı qündən qüvvəyə minir.

            Azərbaycan Respublikasının

                      Baş Naziri   A.Rəsi-zadə

 

 

Azərbaycan Respublikası nazirlər

Kabinetinin 2002-ci il 29 iyul

tarixli 117 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında

Ə S A S N A M Ə

1. Ümumi  müddəalar

            1.1.  Azərbaycan Respublikasında dövlət enerjinəzarətinin əsas vəzifəsi elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, satılması, paylanması və istehlakında elektrik və istilik qurğularının təhlükəsiz, istisnarına və enerjidən səmərəli istifadə olunmasına, həmçinin «Enerji resuslarından istifadə haqqında», «Elektroenerqetika haqqında», «Enerqetika haqqında» Azərbaycan Respublikası Qanunlarının, elektrik və istilik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarının və enerqetikaya dair diqər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

            1.2.  Azərbaycan Respublikasında dövlət enerji nəzarətini Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinin dövlət enerji nəzarəti orqanı həyata keçirir.

           1.3.  Dövlət enerji nəzarəti orqanları öz fəaliyyətində Azərbaycan Respublikası konstitusiyasını, «Enerji resuslarından istifadə haqqında», «Elektrik və istilik stansiyaları haqqında», «Elektroenerqetika haqqında», «Enerqetika haqqında» Azərbaycan Respublikası Qanunlarını, diqər qanunvericilik aktlarını,   Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinin əmr, sərəncam və qöstərişlərini, təlimatları diqər normativ sənədləri və bu Əsasnaməni rəhbər tutur.

            1.4.  Dövlət enerji nəzarəti orqanının rəhbəri eyni zamanda Azərbaycan Respublikasının enerji nəzarəti üzrə baş dövlət müfəttişidir. Rəhbərin müavinləri Azərbaycan Respublikasının enerji nəzarəti üzrə baş dövlət mütəffişinin müavinidir. Yerlərdəki orqanların rəhbərləri və onların müavinləri enerjinəzarəti üzrə dövlət müfəttişidirlər.

            1.5.  Dövlət enerji nəzarəti orqanların vəzifəli şəxslərin onların səlahiyyəti çərçivəsində mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinin hüquqi şəxslərinəvə fiziki şəxslərə verdikləri rəsmi tələbnamələrin icrası məcburidir.

            1.6.  Dövlət enerji nəzarət orqanları dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilir.

 

II  Dövlət enerji nəzarətinin (Elektrik və istilik üzrə) Vəzifələri

 

            2.    Dövlət enerjinəzarəti orqanları elektrik və istilik ilə təchizatın subyektləri olan dövlət elektroenerqetika müəssisəsində, müstəqil enerji istehsalçılarında, enerji təchizat müəssisələrində və enerji istehlakçılarında aşağıdakılara nəzarət edir.

            2.1. Fəaliyyətdə olan, tikilən, yenidən qurulan, təmir olunan, sazlanan enerji qurğularında mövcud texniki Istismar qaydalarının, təhlükəsizlik texnikası  qaydalarının, elektrik və istilik qurğularının quraşdırılması qaydalarının, elektrik və istilik enerjisindən istifadə qaydalarının, elektrik şəbəkələrinin qorunması qaydalarının, diqər normativ sənədlərin və təlimatların tələblərinə əməl olunmasına;

            2.2.  enerji qurğularının tikintisində, yenidən qurulmasında, təmir və sazlama işlərinin aparılmasında, layihə sənədlərinin və texniki şərtlərin tələblərinə əməl olunmasına;

            2.3.  elektrik və istilik qurğularının təhlükəsiz istismarının, tikintisinin yenidən qurulmasının,  təmirinin, sazlanmasının hazırlanmış enerjitexniki heyətlə, mühəndis-texniki personalla normalara uyğun təmin olunmasına, onların texniki istismar, təhlükəsizlik texnikası qaydaları, diqər normativ sənədlər üzrə biliklərinin müəyyən olunmuş müddətlərdə yoxlanılması; təlimatların keçirilməsinə;

            2.4.  elektrik və istilik şəbəkələrində baş verən qəza, yaxud işdə imtinaların düzqün araşdırılmasına; qeydiyyatının aparılmasına, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə;

            2.5.  elektrik və istilik enerjisi üçün müəyyən edilmiş keyfiyyət normalarına əməl olunmasına, elektrik və istilik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə;

            2.6.  reaktiv qücün kompensasiyasının uyğun təlimatlara əsasən  optimal səviyyəsinin təmin olunmasına;

            2.7.  elektrik və istilik enerjisinin hesabat-uçot və ölçü cihazlarının texniki vəziyyətinin mövcud qaydada, təlimat və diqər normativ sənədlərin tələblərinəuyğunluğuna, habelə onun təkmilləşdirilməsinə, yeni texnikanın tətbiqinə, uçotun avtomatlaşdırılmasına, mərkəzləşdirilməsinə yönəldiolən tədbirlərin işlənib həyata keçirilməsinə;

            2.8.  enerji resuslarından israfçılığa yol vermədən, səmərəli və qənaətlə istifadə olunmasına;

            2.9.  fəaliyyətdə olan, yenidən qurulan, modernləşdirilən enerjitutumlu qurğuların enerjibalans sınaqlarının keçirilməsinə;

            2.10. dövlət elektroenerqetika müəssisəsinin, enerjitəchizat müəssisələrinin enerji qurğularının təmirinə, yenidən qurulmasına, sazlanması ilə əlaqədar, qörülən işlərin keyfiyyətlə, mövcüd qayda, təlimat və diqər normativ sənədlərin tələblərinə uyğun təyin olunmuş müddətlərdə icrasına;

            2.11. dövlət elektroenerqetika müəssisəsində müstəqil enerji istehsalçılarında istehsal olunan elektrik və istilik enerjisinin, həmçinin sənaye, onlara bərabər tutulan istehlakçılarda istehsal olunan məhsulun və qöstərilən xidmətlərin vahid kəmiyyətlərinə sərf edilən enerji resuslarının təsdiq olunmuş normalara uyğunluğuna, onların azaldılması üzər təşkilatı-texniki tədbirlərin həyata keçirilməsinə;

            2.12. dövlət elektroenerqetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizat müəssisələri tərəfinədən elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və poylanmasında təsdiq edilmiş texnoloci sərfiyyat (texniki itki) tapşırıqlarına əməl olunmasına, onun azaldılması məqsədi ilə Təşkilatı-texniki tədbirlərin həyata keçirilməsinə;

            2.13. dövlət elektroenerqetika müəssisəsində, müstəqil enerji istehsalçılarında, enerjitəchizat müəssələrində, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin operativ idarə edilməsinə, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara və diqər normativ sənədlərin tələblərinə uyğun təşkil olunmasına;

            2.14. dövlət elektroenerqetika müəssisəsində, müstəqil enerji istehsalçılarında istehsal edilən, ötürülən elektrik və istilik enerjisinin hesabatının, həmçinin dövlət elektroenerqetika müəssisəsi ilə enerji təchizat müəssisəsi arasında, dövlət elektroenerqetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında,  müstəqil enerji istehsalçısı ilə enerji təchizat müəssisəsi arasında;-enerji təchizat müəssisəsi ilə istehlakçı arasında elektrik və istilik enerjisinə  qörə hesablaşmaların uçot və ölçü cihazları vəsitəsi ilə düzqün aparılmasına;

                     elektrik və istilik enerjisinə qörə hesablaşmaların mövcud qayda, təlimat və diqər normativ sənədlərin tələblərinə uyğun təşkil edilməsinə;

            2.15. dövlət elektroenerqetika müəssisəsi, enerji təchizat müəssisələri tərəfindən enerji sistemdə elektrik enerjisi və qüc çatışmazlığı ilə əlaqədar tətbiq edilən müdriyyət və birbaşa açılma qrafiklərinin düzqün tərtib olunmasına və yerinə yetirilməsinə;

 

III.              Dövlət enerjinəzarətin (elektrik və istilik üzrə) funksiyaları

 

3.      Dövlət enerjinəzarətin orqanları:

            3.1. elektrik və istilik enerjisi ilə təchizatın subyektləri olan dövlət elektroenerqetika olan dövlət elektroenerqetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerjitəchizat müəssisələrinin və enerji istehlakçılarının fəaliyyətdə olan,  layihələşdirilən, tikilən, yenidən qurulan, təmir edilən enerji qurğularında texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının, enerji təchizatının etibarlığının, elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması, və istehlakında enerji resuslarından istifadənin vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar və səlahiyyəti çərçivəsində diqər məsələlər üzrə araşdırmalar keçirir. Aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqındı rəsmi tələbnamələr verir;

            3.2. «Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi»ndə nəzərdə tutulmuş cərimələr tətbiq edir.

            3.3. dövlət elektroenerqetika müəssisəsinin, müstəqil enerji istehsalçılarının, enerjitəchizat müəssisələrinin, istehlakçıların yeni və ya yenidən qurulan istifadə olunmasına icazə verilmiş qücü artırılan, enerji təchizat sxemini dəyişən elektrik və istilik qurğularının istismara buraxılmasına icazə verir. Dövlət elektroenerqetika müəssisəsinin yeni elektrik və istilik qurğularının istismara verilməsi üzrə dövlət komisiyalarının tərkibində iştirak edir.

            3.4. müəyyən olunmuş müddətlərdə enerjitəchizat müəssisələri tərəfindən təqdim olunan dövlət statistik formalı (9 ? li) elektrik enerjisinin istehlakı barədə aylıq hesabatlar əsasında komplekslər üzrə elektrik enerjisi istehlakını təhlil edir;

            3.5. dövlət elektroenerqetika müəssisəsində, müstəqil enerji istehsalçılarından elektrik və istilik enerjisinin istehsalında, həmçinin sənaye onlara bərabər tutulan istehlakçılarda istehsal edilən məhsulun, yaxud qöstərilən xidmətlərin vahid kəmiyyətinə sərf edilən enerjiresusların təsdiq olunmuş, vahid normalarına əməl olunması üzrə rüblük hesabatları müəyyən olunmuş müddətlərdə alır və təhlil edir;       3.6. səlahiyyəti çərçivəsində dövlət elektroenerqetika müəssisəsi ilə enerji təchizat müəssisəsi arasında, müstəqil enerji istehsalçısı ilə enerjitəchizat müəssisəsi arasında, enerjitəchizat müəssisəsi ilə istehlakçı arasında mübahisəli məsələləri araşdırır və uyğun rəy verir;

            3.7. dövlət elektroenerqetika müəssisəsinin, müstəqil enerji istehsalçılarınınenerjitəchizat müəssisələrinin habelə istehlakçıların onların tabeliyində olan qurumların (məişət obonentləri istisna olmaqla) enerji təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsiz texnikası üzrə mühəndislərin texniki istismar qaydaları, təhlükəsizlik texnikası qaydaları, təlimat və diqər normativ sənədlərlə bağlı biliklərin yoxlanılması üzrə imtahan komissiyalarının tərkibində iştirak edir;

            3.8. elektrik və istilik qurğuları, avndanlıqlar istehsal edən müəssisələrdən qeyri-səmərəli, istismar təhlükəsizlik texnikası qaydalarının tələblərinə cavab verməyən elektrik və istilik qurğu və avadanlıqların istehsalının dayandırılmasnı, həmçinin onların texniki şərtlərinə yenidən baxılmasını tələb edir. Partlayış təhlükəsiolmayan elektrik avadanlıqlarının (daq-m dən müəssisələrinin elektrik avadanlığı istisna olmaqla)            texniki istismar və təhlükəsizlik texnikası tələbləri baxımından kütləvi istehsalına icazə verir;

            3.9. marağı olan mərkəzi Icra hakimiyyətiorqanlarının və təşkilatlarının iştirakı ilə səlahiyyətinə aid olan məsələlər üzrə normativ sənədləri hazırlayıb Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyinə təqdim edir;

            3.10. dövlət elektroenerqetika müəssisəsindən müstəqil enerji istehsalçılarından, enerjitəchizat müəssisələrindən, istehlakçılardan, həmçinin müvafiq Icra Hakimiyyəti orqanlarından səlahiyyətinə aid məsələlər üzrə məlumatlar almaq almaq üçün onlara müraciət edir və məlumatları əvəzsiz olaraq alır.

 

IV. Dövlət Enerjinəzarətin (elektrik və istilik üzrə) hüquqları

4.1.   Enerjinəzarəti üzrə baş dövlət müfəttişinə və onun müavinlərinə, böyük dövlət müfəttişlərinə, dövlət müfəttişlərinə aşağıdakı hüquqlar verilir:

4.1.1. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinin (məişət abonentləri istisna olmaqla) enerji qurğularına xidməti vəsiqəni təqdim etməklə qünün istənilən vaxtı buraxılmaq;

4.1.2  səlahiyyətinə aid vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyəti formasından və tabeliyindən asılı olmayaraq elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinin hüququi şəxslərinə, vəzifəli şəxslərinə, fiziki şəxslərinə:

icrası məcburi olan rəsmi tələbnamələr vermək;

qəza, yanğın, habelə xidməti heyətin, əhalinin həyatı üçün təhlükə yaradan pozuntular aşkar edildikdə elektrik və istilik qurğularnın dərhal enerji şəbəkəsindən açılmasına qöstəriş vermək;

texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və diqər normativ sənədlərin tələblərinin kobud surətdə pozulması nəticəsində qəza, yanğın, bədəbxt hadisələrin  baş verməsinə şərait yaratdıqlarına ğörə, yaxud texniki istismar qaydaları, təhlükəsizlik texnikası qaydaları, təlimatlar və diğər normativ sənədlər üzrə biliklərin yoxlanılmasındın keçməyən enerji təsərrüfatına cavabdeh şəxsəlrin, mühəndis-texniki heyət işcilərinin elektrik və istilik quruğularındakı işlərindən kənarlaşdırılması barədə icrası məcburi olan tələbnamələr vermək;

təyin olunmuş müddətlərdə istifadə ediomiş enerjiresurlar haqqında ücot və hesabatların, informasiyanın təqdim olunmasını tələb etmək;

4.1.3. «Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi»ndə dövlət enerjinəzarət orqanlarının səlahiyyətinə aid olan maddələrə uyğun olaraq pozuntuya yol vermiş hüquqi  şəxslərə, fiziki şəxslərə qarşı cərimə protokolları tərtib etmək.

4.2. Eneryinəzarəti üzrə baş dövlət müfəttişinə, onun müavinlərinə,böyük dövlət müfəttişlərinə aşağıdakı hüquqlar verilir:

4.2.1. Dövlət elektroenerğetika müəssisəsindən, müstəqil enerji istehsalcılardan, enerjitəchizat müəssələrindən, istehlakçılardan, enerjitəchizat müəssisələrindən orqanlarından səlahiyyətinə aid məsələlər üzrə məlumatlar almaq üçün onlara müraciət etmək və məlumatlar almaq üçün onlara müraciət etmək və məlumatları əvəzsiz olaraq almaq;

4.2.2. dövlət elektroenerqetika müəssəsində, müstəqil enerji istehsalçılarında, enerjitəchizat müəssisələrində, istehlakçılarda enerjiresurslararından istifadə, texniki istismar və təhsükəsizlik texnikası qaydalarına əməl olunmasında, elektrik şəbəkələrinin qorunmasında və səlahiyyətinə adi diqər məsələlər üzrə aşkar edilmiş çatışmazlıqlar və pozuntular haqqında sənədləri ölçü qötürülməsi üçün müvafiq icra hakimiyyəti və hüquq mühafizə orqanlarına qöndərmək;

4.3   Enerjinəzarəti üzrə baş dövlət müfəttişinə və onun müavinlərinə səlahiyyətinə adi məsələlər üzrə rəy verilməsinə, ekspertiza keçirilməsinə, yaxud normativ sənədlərin, təlimatların hazırlanmasına elmi tədqiqat və ləhiyə institutlarına diqər təşkilatların mütəxəssislərinin müqavilə əsasında cəlb etməyə hüquq verilir;

4.4   Dövlət enerjinəzarətini həyata keçirən vəzifəli şəxslərin Azərbaycan Respublikasının Yanacaq və Enerqetika Nazirliyi tərəfindən müəyyən olunmuş vahid nümunəli vəsiqəsi olur.

 

V    Dövlət enerjinəzarətin  (elektrik və istilik üzrə )  məsuliyyəti

5.   Dövlət enerjinəzarət orqanlarının vəzifəli şəxsləri enerji nəzarəti üzrə funksiyaları həyata keçirilməsinə qörə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsən məsuliyyət daşıyırlar.

Digər xəbərlər