“Azərişıq” ASC-nin kollektivi də koronavirusla mübarizəyə dəstək verib.
“Azərişıq” ASC COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.
Belə ki, ASC-nin rəhbərliyi bir aylıq əməkhaqqını tam, digər əməkdaşları isə öz aylıq əməkhaqlarının bir qismini Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqlayıcı addımların atılması da davam etdirilir.
Əməkdaşların sağlamlığını təmin etmək məqsədilə səhmdar cəmiyyətin bütün inzibati binalarının giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Əməkdaşların təmasda olduğu bütün səthlər mütəmadi şəkildə dezinfeksiya edilir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026