SMART SMS SAYĞACLARI
Hörmətli abonent !
Sizin mənzilinizdə, fərdi tikilinizdə,bağ evinizdə,ofisinizdə quraşdırılmış smart sms sayğacı inkişaf etmiş ölkələrdə tətbiq edilən və geniş texniki imkanlara malik müasir bir ölçü cihazıdır. Bu sayğacdan nə cür istifadə etmək, lazım olan məlumatları sayğacdan hansı yolla əldə etməkdən ötrü bu yaddaş kitabçası ilə yaxından tanış olmağınız vacibdir.
İlk öncə biləsiniz ki,
- Bu sayğac vasitəsilə siz istifadə etdiyiniz enerji sərfiyyatına şəxsən nəzarət edə biləcəksiniz. Yəni, yalnız ödədiyiniz məbləğ müqabilində enerjidən istifadə edəcəksiniz. Başqa sözlə, sizin bu kommunal xidmətlə bağlı aylıq ailə büdcənizi əvvəlcədən planlaşdırmaq imkanınız olacaqdır.
- Balansınızda mövcud olan kredit məbləği 5 AZN məbləğindən aşağı olduğu təqdirdə mərkəzi idarəetmə sistemi tərəfindən balansınızın azalması barədə sizə sms mesaj vasitəsi ilə məlumat veriləcəkdir.
- Ödənişi ölkəmizdə mövcud olan ödəniş sistemləri vasitəsi ilə
- Bank və poçt şöbələrindən, əhalinin sıx məskunlaşdığı ərazilərdə, metropolitendə, ticarət mərkəzlərində quraşdırılan PayPoint ödəmə maşınlarından, bankomatlardan və plastik kartlar vasitəsi ilə internet şəbəkəsindəki elektron-ödəmə resurslarından (Azerishiq.az, Azəricard, Goldenpay və s.) istifadə etməklə edə bilərsiniz.
Qeyd: Yeni quraşdırılmış smart sms sayğacların yaddaşına ilkin olaraq 10 AZN məbləğində kredit müəssisə tərəfindən yüklənir. Həmin məbləğ siz enerjiyə görə ilk ödəniş etdiyiniz zaman hesabınızdan tutulacaqdır.