Giriş

Sorğu 2023-cü ilin Yanvar-Mart aylarında elektrik təchizatı şəbəkəsinə qoşulmuş 555 qeyri-əhali kontingentini əhatə edən abonentlər arasında keçirilmişdir. Sorğu zamanı regional reprezentativlik təmin edilmişdir. Təqdim edilmiş siyahıya əsasən, respondentlərin 320 nəfəri (58%) Bakı ərazisindən, 235 nəfəri (42%) isə digər regionlardandır. Aşağıdakı cədvəldə respondentlərin ərazi üzrə bölgüsü təqdim olunmuşdur.

 

 

 

 

Aparılmış sorğunun nəticələri:

1. Enerji təchizatı şəbəkəsinə qoşulması və əlavə enerjinin (güc) alınması barədə məlumatları  hansı mənbədən öyrənmisiniz?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 381 nəfər (68%) ASAN mərkəzlərindən, 24 nəfər (4%) Azərişıqdan, 40 nəfər (7%) tanışlardan, 28 nəfər (5%) rəsmi saytdan, 2 nəfər (<1%) xəbərlərdən, 80 nəfər (15%) isə digər mənbələrdən məlumat əldə etdiklərini qeyd etmişdilər.

2. Mənbədə qeyd olunan məlumatlar aydın şəkildə başa düşülürmü?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 531 nəfər (96%) “Bəli”, 24 nəfər (4%) isə “Xeyr” cavabı vermişdi.

3. Enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün hansı elektrik güc üçün müraciət etmisiniz?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 500 nəfər (90%) müraciətlərinin 20 KVat-a dək (daxil), 55 nəfər (10%) isə 20 Kvat-dan çox elektrik enerjisi üçün olduğunu qeyd etmişdilər.

         

4. Siz sənədləri təqdim edib və ödənişi həyata keçirməkdən əlavə hər hansı bir addım atmısınız?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 31 nəfər (6%) “Bəli”, 524 nəfər (94%) isə “Xeyr” cavabı vermişdir.

5. Enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün haradan müraciət etmisiniz?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 544 nəfər (97%) ASAN mərkəzlərindən, 1 nəfər (<1%) kiçik və orta biznes evlərindən, 10 nəfər isə (2%) onlayn portaldan müraciət etdiyini qeyd etmişdir.

       

6. Ödənişi hansı formada həyata keçirmisiniz?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 52 nəfər (9%) “Onlayn”, 503 nəfər (91%) isə “Bank” cavabı vermişdir.

           

7. Sənədləri təqdim edib, ödənişi həyata keçirdikdən sonra neçə gün ərzində ünvana sayğac quraşdırıldı?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 487 nəfər (88%) sayğacın 20 iş günü ərzində, 68 nəfər (12%) isə 20 iş günündən çox müddət ərzində quraşdırıldığını qeyd etmişdi.

8. Görülən işlərin gedişatı və nəticəsindən razı qaldınızmı?

Aparılan sorğu çərçivəsində qeyd olunan suala respondentlərdən 514 nəfər (93%) “Bəli”, 41 nəfər (7%) isə “Xeyr” cavabı vermişdi