Fevralın 17-də Biləcəri Enerji Təchzatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə Komplekt Transformator Məntəqəsi (KTM) 1000 kVA gücündə KTM ilə əvəz olunacaq. Yenidənqurma və güc artımı işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Binəqədi yolu Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin üst hissəsi, Lahıc, Qızıl qaya küçələri, Vulkan dağı ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin Maştağa ETSİ ərazisində 35/10/6 kV-luq “Pirşağı" yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026
- Bu ərazilərdə təmir və ağac budanması işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 09 Sentyabr 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 İyun 2026