Səhmdar Cəmiyyət istehlakçıları dayanıqlı, keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində görülən tədbir və yeniliklərlə bağlı media və sosial şəbəkələr vasitəsilə vətəndaşları məlumatlandırır, istehlakçıların bu sahədə olan müraciətlərinə diqqətlə yanaşır, onların tez bir zamanda həlli və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində işlər aparır.
Bu məqsədlə, Səhmdar Cəmiyyətin “Qəza və abonent sorğularının idarə olunması Mərkəzi”ndə (199 Çağrı Mərkəzi) vətəndaş müraciətlərinin operativ həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə “ticketing” proqram təminatı mühüm əhəmiyyət kəsb edir. Bu da vətəndaş müraciətlərinin səmərəli şəkildə cavablandırılmasına kömək edir.
Müraciətlər Çağrı Mərkəzi, sosial şəbəkə, “whatsapp” vasitəsilə və ya elektron müraciət formasında daxil olur, qeydiyyata alınır, araşdırılır və nəticəsi barədə vətəndaşa məlumat verilir. Abonent məmnuniyyəti Səhmdar Cəmiyyət üçün vacib əhəmiyyət kəsb edir.
Daxil olan zənglərə Çağrı Mərkəzinin operatorları tərəfindən verilən cavablar müvafiq meyarlar üzrə qiymətləndirilir, həmçinin, görülən işlərin hesabatı aparılır.
Əlavə olaraq, müraciətlərin operativ həlli ilə bağlı, “199 Çağrı Mərkəzi”nə zəng zamanı ayrıca olaraq, “Audio təklif və şikayət” düyməsidə fəaliyyət göstərir. Bu düymə vasitəsilə abonentlər artıq öz sorğularını səsli şəkildə də göndərə bilirlər.
Digər xəbərlər
- İyulun 16-da paytaxt və Lənkəranın aşağıda adı çəkilən ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 15 İyul 2026
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 17 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026