Mayın 15-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq "Liman" yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 


Həmçinin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində elektrik xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində saat 10:30-dan 13:30-dək elektrik enerjisinin verilişində fasilə olacaq.


Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.