Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 23 dekabr tarixində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Masallı EŞ-nin ərazisində 35/10 kV-luq “Əminli” yarımstansiyasından qidalanan 10 kV-luq 1 saylı, həmçinin 35/10 kV-luq “Xıl” yarımstansiyasından çıxan 6, 7 saylı hava xətlərində təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Həsənli, Yeddi Oymaq, Şıxlar, Qasımlı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 15 İyun 2026