“Azərişıq” ASC istehlakçılara bildirir ki, istifadə edilən elektrik enerjisinin dəyəri Azərbaycan Respublikası Tarif (qiymət şurasının) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu açıq-aydın göstərilməkdədir. Təəsüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” ASC adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb.
“Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur.
Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərmizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.
Bir daha bildiririk ki, Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nəğd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur. Əksər Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqqlarına görə ödənişləri banklar vasitəsi ilə köçürmə yolu ilə aparılır, nəğd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir.
Digər xəbərlər
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026