"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov avqustun 31-i saat 10:00-da Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Quba şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Quba Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib 24 Aprel 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026