Tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra yenidən qurulmasında “Azərişıq” ASC üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi Laçında da böyük ölçüdə işlər görülüb. Hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.
Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.
Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 16 Fevral 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul edib 20 İyul 2026
- “Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır 06 Avqust 2026