Cənab Prezident İlham Əliyevin ölkəmizdə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar “Azərişıq” ASC daha bir ağacəkmə aksiyasına start verib. Ekologiyanın qorunması, dünyada həyat üçün ən bacib olan təmiz hava, və yaşıl dünya naminə başladılan aksiya bütün ölkə ərazisini əhatə edir.
Əməkdaşlarımız tərəfindən 20 oktyabr- Energetiklər Günü ilə əlaqədar Şirvan və Xaçmaz RETSİ-nə (Regional Enerji Satışı və Təchizatı İdarəsi) daxil olan rayonlarda minlərlə ağac əkilib. Ağaclar Azərişıq ASC-nin regional idarələri, yerli şəbəkələr, həmçinin Yarımstansiyalar ətrafında ayrılmış xüsusi ərazilərdə əkilir. Qarşıdakı günlərdə əkiləcək ağacların sayının 100 minə çatdırılması hədəflənib.
Qeyd edək ki, görülən işlər eyni zamanda gələn ay ölkəmizdə keçiriləcək COP29, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına dəstək xarakteri daşıyır.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 03 İyul 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026