Son günlər hava şəraitinin kəskin pisləşməsi nəticəsində digər dağlıq bölgələrdə olduğu kimi Lerik rayonunda da qar yağıb. Hər dəfə olduğu kimi bu dəfə də “Azərişıq” ASC kəskin hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində işləyir. Lerikdə çəkilmiş kadrlardan da göründüyü kimi, ölkənin elektrik təchizatı əməkdaşları çovğuna, qara, güclü küləyə və ya leysan yağışlarına baxmayaraq abonentləri elektrik enerjisi ilə fasiləsiz təmin etmək, hava şəraitinə görə yaranan qəzaları operativ aradan qaldırmaq üçün fədakarcasına xidmət edir.
Kadrlardan göründüyü kimi yağan qar hava xətlərinin üzərində toplanıb, nəticədə bəzi yerlərdə elektrik xətləri qırılıb. Şəbəkədə son illərdə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma işləri görülsə də belə qəzaları tam istisna etmək də mümkün deyil, güclü qar, külək belə qəzaları qaçılmaz edir.
Lakin “Azərişıq” ASC-nin əməkdaşları hava şəraitinin yaxşılaşmasını gözləmədən baş vermiş qəzaları operativ aradan qaldırırlar. Çünki regional elektrik təchizatı və satışı şəbəkəsində gücləndirilmiş iş rejimi ilə bağlı əməkdaşlar səfərbər olunub. Əməkdaşlar isə gecə-gündüz, hava şəraitinə baxmayaraq belə qəzaları mümkün qədər tez aradan qaldırmağa hazırdır.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Oğuzda vətəndaşları qəbul edib. 05 İyul 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 31 May 2024
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin rolu artırılır 25 İyul 2024
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024