
Novruz Bayramı münasibəti ilə sizi səmimi qəlbdən təbrik edir, bahar təravətli bu bayram günündə hər birinizə ən xoş arzularımı çatdırıram.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Qoy bu təravətli Novruz bayrami süfrənizə ruzi, qəlbinizə xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız gərçək olsun! Novruz bayramınız mübarək olsun!
Hörmətlə,
"Azərişıq"ASC-nin Sədri
Vüqar Əhmədov
Digər xəbərlər
- “Azərişıq” ASC nümayəndələri Zaqatalada sahibkarlarla görüşüb 17 İyun 2023
- “Azərişıq” ASC Şamaxıda sahibkarlarla görüş keçirib. 17 İyul 2023
- "Azərişıq" ASC-nin sədri Tərtər şəhərində vətəndaşları qəbul edəcək. 15 Fevral 2023
- “Azərişıq” ASC elektron xidmətlərə görə “5 ulduz”a layiq görüldü. 12 Aprel 2023
- “Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir. 03 Avqust 2023