Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçdi. “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir.
Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur.
“Azərişıq” ASC istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat xidmət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026