"Azərişıq" ASC-nin Apellyasiya Şurasına müraciət qəbulu

 

ASC-nin aidiyyəti struktur bölməsi və ya onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar tərəfindən baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün aidiyyəti üzrə göndəriləcək. Həmçinin Apellyasiya Şurasına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.

 

Elektron poçt ünvanı: apellyasiya@azerishiq.az
Poçt ünvanı: AZ1065
Ünvan: Bakıxanov küç. 13, Nəsimi rayonu, Bakı, Azərbaycan