Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümü münasibətilə “Azərişıq” ASC öz qəhrəman abonentlərini unutmadı

10.05.2020 / 440 baxış

Ulu öndərin şəxsiyyəti, fəaliyyəti haqqında danışmaqla mövzu tükənməz, buna zaman da yetməz, amma onun diqqət və qayğısını şəxsən hiss etmiş insanların, 2-ci dünya müharibəsinin veteranlarının dahi lider haqqında fikirləri daha böyük marağa səbəb olur. Ötən gün böyük vətən müharibəsindəki qələbələrinin 75-ci ildönümünü qeyd edən veteranlar bugün onlara daim diqqət, qayğı göstərmiş ulu öndərin doğum günündə yenidən sevindirildilər. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 7 region üzrə 17 rayonda bölgələrdə yaşayan veteranlara hədiyyələr təqdim edib.