“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

03.06.2020 / 363 baxış “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

 

İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

 

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.