Quşçuluq massivi və Masazırda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb

01.08.2019 / 297 baxış Quşçuluq massivi və Masazırda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb

İyulun 31-də gecə saatlarında qəza nəticəsində Abşeron rayonu Quşçuluq massivinin və Masazır qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə operativ şəkildə aradan qaldırılıb.

“Azərişıq” ASC-dən bildirilib ki, hazırda ölkə üzrə dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib. Ötən gecə baş verən qəzadan dərhal sonra ASC-nin əməkdaşları və texnikası hadisə yerinə göndərilib. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edilib.