Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

22.07.2019 / 407 baxış Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

İyulun 22-də saat 10:00-dan 14:30-dək Bakının Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.