On ayda “Azərişıq” ASC-yə 3800-dək müraciət daxil olub

27.11.2019 / 74 baxış On ayda “Azərişıq” ASC-yə 3800-dək müraciət daxil olub

 

 

Cari ildə “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3800-dək sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib.

 

Bu barədə noyabrın 27-də keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və Elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli deyib.

 

O bildirib ki, ötən ilin 10 ayında 2600-dək müraciət daxil olduğu halda, aparılan islahatlar nəticəsində bu il daxil olan müraciətlərin sayı 3800-ə yaxındır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayında 25 faiz artım müşahidə olunub.