Ödənişlərlə bağlı yayılan məlumatlara açıqlama

29.03.2020 / 2172 baxış

 

Müxtəlif şayiələr yayıla bilər. Ancaq “Azərişıq” ASC-nin birinci missiyası hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Hazırda bütün ölkə boyu gücləndirilmiş iş rejimində çalışırıq, hər yerdə normal enerji təhcizatı var. “Azərişıq” ASC icraçı strukturdur. Qanunvericilik səlahiyyəti yoxdur.

 

Mart ayında əksər istehlakçılar enerji haqlarını ödəyib və qalanları da ödəyir. Bəli, hazırda sosial vəziyyəti çətin olan istehlakçılar var, onlara da vaxt verilib, diqqət göstərilir. Bu ay ödəyə bilmədiyi təqdirdə növbəti ayda ödəmək şansı yaradılıb və ya elektrik enerjisi borcunu hissə-hissə ödəyirlər. İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur. Nazirlər Kabinetinin nə qərarları olacaqsa, bizim də onlara operativ qaydada riayət etmək borcumuzdur.