Masazırın bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

19.06.2019 / 276 baxış Masazırın bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, iyunun 19-da saat 13:30-dan 15:30-dək 110/10 kilovoltluq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.