Siz də elektron xidmətlərə qoşulun, özünüzü və ailənizi qoruyun. Evdə qalın

08.04.2020 / 1426 baxış Siz də elektron xidmətlərə qoşulun, özünüzü və ailənizi qoruyun. Evdə qalın

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Fərmanına əsasən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər ve ödənişlər elektron formada həyata keçiriləcəkdir.

 

Beləliklə, İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edə biləcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcəkdir. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcəkdir.

 

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb saytında bildiriş bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir.

 

Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz.

 

Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək «Yadda saxla» düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz. Elektron bildiriş al düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq , enerji borcunuzu “Azərişıq” ASC –nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcəkdir. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.

 

Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir.

 

Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz.

 

Siz də elektron xidmətlərə qoşulun,özünüzü ve ailənizi qoruyun.