“Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin 200 mindən çox abunəçisi var

08.07.2019 / 244 baxış “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin 200 mindən çox abunəçisi var

Yeddi rayonu əhatə edən “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 200 mindən çox abunəçi var.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilir ki, “Cənub” RETSİ ərazisində 206 min abunəçi var ki, onların da 93,7 faizi və ya 193 mini əhali qrupu abunəçilər, 6,3 faizi, yaxud 13 mini isə qeyri-əhali qrupu abunəçilərdir. Cənub regionunda olan abunəçilərin 20,4 faizi təkcə Cəlilabadın payına düşür. Hazırda rayonda 42 min abunəçi var. Onlardan 39 mini əhali qrupu, 3 mini isə qeyri-əhali qrupuna aiddir. Burada 110/35/10 kilovoltluq Cəlilabad yüksək gərginlikli elektrik ötürücü yarımstansiyası yerləşir ki, bu da 300 min əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulub.