Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparılır.

10.06.2020 / 258 baxış Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparılır.

 

 

“Azərişıq” ASC Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparır. 


320 abonenti olan kənddə yenidənqurma işlərinə  başlanılıb. Uzun zaman istismar müddətini keçmiş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri yenilənir, komplekt transformator məntəqələri quraşdırlır. İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaqdır.


Həmçinin, 1980-cı ildə istifadəyə verilmiş 35/10 kv-luq “Yeni Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır. Qeyd edək ki, yarımstansiya Yeni Daşkənd, Şatırli, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir Hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.