“Azərişıq”ın rəhbərliyi Qəbələ və Oğuzda vətəndaşlarla görüşəcək

04.09.2019 / 28 baxış “Azərişıq”ın rəhbərliyi Qəbələ və Oğuzda vətəndaşlarla görüşəcək

Sentyabrın 5-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

ASC-dən bildirilib ki, “Azərişıq”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak edəcəyi qəbulda Qəbələ və İsmayıllı rayonundan olan vətəndaşların müraciət və təklifləri dinləniləcək.

Sentyabrın 5-də, həmçinin ASC-nin sədr müavini Ramil Yusifov Oğuzda rayonun vətəndaşlarını qəbul edəcək.

Vüqar Əhmədovun qəbulu “Azərişıq”ın Qəbələdəki, Ramil Yusifovun isə Oğuzdakı yerli inzibati binasında baş tutacaq.