“Azərişıq”da yeni departament yaradılıb

25.06.2019 / 546 baxış “Azərişıq”da yeni departament yaradılıb

“Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilərək onun əvəzinə “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamenti yaradılıb.

Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, yeni departamentə elə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək: “Yeni yaradılan struktur daha funksional olacaq. Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malikdir, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə də işləyəcək”.