“Azərişıq”ASC gücləndirilmiş iş rejiminə keçib

04.12.2019 / 758 baxış “Azərişıq”ASC gücləndirilmiş iş rejiminə keçib

 

"Azərişıq" ASC gözlənilən küləkli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. 

 

Bununla bağlı səhmdar cəmiyyətin rəhbərliyi xüsusi göstəriş verib.

 

Göstərişə əsasən bütün ölkə üzrə şəbəkə rəisləri və Texniki Departamentin əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.

 

Hazırda "Azərişıq"ASC rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan Texniki Departamentlərin, həmçinin qəza xidmətinin əməkdaşları iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısını operativ surətdə almaq məqsədilə əlavə material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhərinin ətraf kənd-qəsəblərinə və regionlara göndərilib.

 

İstehlakçılar baş verən kəsintilərlə bağlı "Azərişıq" ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə məlumat verə bilərlər.