“Azərişıq” şimal bölgəsində güclü küləyin fəsadlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür

05.08.2019 / 18 baxış “Azərişıq” şimal bölgəsində güclü küləyin fəsadlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür

“Azərişıq” ASC şimal bölgəsində güclü küləyin fəsadlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür.

ASC-dən bildirilib ki, hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görür.

“Azərişığ”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır. ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir. Əməkdaşlar bütün əlavə mal-materiallarla təchiz olunub və baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacaqlar.