“Azərişıq” rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

06.09.2019 / 0 baxış “Azərişıq” rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

“Azərişıq” ASC-nin rəhbərliyi Şimal-qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov sentyabrın  5-də Qəbələdə (Qəbələ və İsmayıllı rayonu)  vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.

ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda (Qəbələ, İsmayıllı və Oğuz)
rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Oguzda  vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.