“Azərişıq" cənub bölgəsində güclü küləklə bağlı qabaqlayıcı tədbirlər görür

09.07.2019 / 324 baxış “Azərişıq" cənub bölgəsində güclü küləklə bağlı qabaqlayıcı tədbirlər görür

Azərbaycanın cənub bölgəsində güclü külək başlayıb.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

T.Mustafayev qeyd edib ki, hazırda güclü külək əsasən Cəlilabad və Biləsuvar rayonlarında müşahidə edilir.

“Azərişıq" ASC-nin əlaqədar qurumları elektrik enerjisində fasilələr yaranmamaq üçün qabaqlayıcı tədbirlər görülür.

Hazırda 199 “Çağrı Mərkəzi” 24 saat xidmət göstərir. “Fərdi qaydada belə problem olarsa, əməkdaşlar operativ aradan qaldırmağa hazırdır. Əlavə mal-material, maşın-mexanizmlər hazırlığı görülüb”, - deyə qurumun mətbuat xidmətinin rəhbəri əlavə edib.