“Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Füzuli rayonunda vətəndaşları qəbul edib

07.02.2020 / 192 baxış “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Füzuli rayonunda vətəndaşları qəbul edib

 

Bu gün “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Füzuli rayonunda vətəndaşları qəbul edib.


Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Füzuli rayonunun sakinləri iştirak ediblər. Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənilib.

 

R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkəsinin rəisinə müvafiq göstərişlər verib.

 

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.

 

Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanlar isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.