"Azərişıq” ASC qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

30.12.2019 / 542 baxış "Azərişıq” ASC qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

 

"Azərişıq” ASC 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətində olacaq.

 

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

 

İstehlakçılardan xahiş olunur ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.