"Azərişıq" ASC-nin Sədri cənab Vüqar Əhmədov Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

23.01.2020 / 1491 baxış "Azərişıq" ASC-nin Sədri cənab Vüqar Əhmədov Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

 

Yanvarın 23-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Siyəzəndə vətəndaşları qəbul edib.

 

Qəbulda Siyəzən və Xızı rayonlarından olan vətəndaşlar iştirak ediblər.

 

Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.