“Azərişıq” ASC-nin sədr müavini Xırdalanda vətəndaşları qəbul edib

10.01.2020 / 872 baxış “Azərişıq” ASC-nin sədr müavini Xırdalanda vətəndaşları qəbul edib

 

Yanvarın 8-də “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Xırdalanda vətəndaşları qəbul edib.

 

Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Abşeron rayonu və Sumqayıt şəhərinin sakinləri iştirak ediblər. Qəbulda “Azərişıq” ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənilib.

 

R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

 

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.

 

Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyat; üzrə göndəriləcəyi bildirilib.