“Azərişıq” ASC-nin rəhbərliyi Salyanda vətəndaşların müraciətlərini dinləyib

18.12.2019 / 555 baxış “Azərişıq” ASC-nin rəhbərliyi Salyanda vətəndaşların müraciətlərini dinləyib

 

Dekabrın 18-də “Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Salyan şəhərində vətəndaşları qəbul edib.

 

ASC-nin mətbuat xidməti bildirib ki, qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşlar iştirak ediblər.

 

Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün ASC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verilib.

 

Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.