“Azərişıq” ASC-nin rəhbərliyi Salyan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək

18.12.2019 / 675 baxış “Azərişıq” ASC-nin rəhbərliyi Salyan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək

 

Dekabrın 18-də "Azərişıq" ASC sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Salyan şəhərində vətəndaşları qəbul edəcək.

 

Qəbul "Azərişıq” ASC-nin Salyan Rayon Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasında baş tutacaq.

 

Qəbulda Salyan rayonu ilə yanaşı, Neftçala rayonundan da olan sakinlərin elektrik enerjisi təchizatı ilə bağlı təklifləri dinləniləcək.