“Azərişıq” ASC-nin rəhbərliyi Qərb bölgəsində vətəndaşları dinlədi

22.08.2019 / 0 baxış “Azərişıq” ASC-nin rəhbərliyi Qərb bölgəsində vətəndaşları dinlədi

 

Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərişıq” ASC-nin rəhbərliyi bu gün qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

 

 "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov avqustun 22-de Gence sheherinde (Gəncə şəhəri ve Samux rayonu) 27-yə yaxın vətəndaşı qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.

 

ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Gəncə şəhəri,  Samux ve Şəmkir  rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

 

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

 

ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

 

Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Şəmkirdə 12 vətəndaşın müraciətlərini dinləyib. Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.