"Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumatı

02.03.2020 / 393 baxış

 

Ötən gündən əsən güclü külək bir sıra ərazilərin elektrik enerjisi verilişində qısamüddətli fasilələr yaradıb.

 

Hazırda ölkənin hər yerində elektrik enerjisinin verilişi tam bərpa olunub.

 

Ötən gecə güclü külək Suraxanı rayonu Hövsan qəsəbəsinin, Abşeron rayonu Saray qəsəbəsinin bir hissəsində və bir sıra dağlıq və dağətəyi yerlərdə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaratmışdır. Əməkdaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər görülmüş ve baş verən qəzalar operativ aradan qaldırılmışdır.