"Azərişıq" ASC işə qəbul elan edir

20.04.2018 / 2065 baxış

“Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala, Səlyan və Kürdəmir  Elektrik Şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə  nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. Nəzarətçi-mühəndislər  elektroenergetika və digət texniki  ixtisaslar  üzrə ali təhsilli olmalıdır.

 

İşə qəbul   Səhmdar Cəmiyyətin  “İşə Qəbul Komissiya”sı tərəfindən  test və müsahibə  yolu ilə həyata keçiriləcəkdir. Sənədlər  2018-ci il aprel  ayının 20 tarixinə kimi   İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala və Səlyan Elektrik Şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin  Kadrlar İdarəsində qəbul olunacaqdır.

 

Tələb olunan sənədlər:

- Fotoşəkilli anket forması (CV);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Təhsil haqqında sənədin surəti.

Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)

E-mail: info@azerishiq.az