“Azərişıq” ASC “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

20.10.2020 / 310 baxış “Azərişıq” ASC “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

 

“Azərişıq” ASC rəhbərliyi və qurumun əməkdaşları “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

 

“Azərişıq” ASC əməkdaşlarının böyük həvəslə yazıb əsgərlərə ünvanladığı məktublarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs edilib. Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə olunub.

 

Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar “Siz cəbhəni, biz zülməti yaraq!” devizi ilə yazılıb.

 

Ətraflı: https://bit.ly/3m0rST9