“Azərişıq” ASC 3 gündə 850-dən artıq elektron müraciət cavablandırıb

26.03.2020 / 710 baxış

 

Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb.

 

Müraciətlərin hamısı öz həllini tapıb.

 

“Azərişıq” ASC  rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisinin təchizatı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin “Facebook”, “Instagram” sosial şəbəkələri yaxud “Whatsapp" (+994772176762) vasitəsi ilə sual, şikayət və təkliflər cavablandırılır.