“Azərişıq” 62 kənddə yenidənqurma işlərini davam etdirir

10.10.2019 / 97 baxış “Azərişıq” 62 kənddə yenidənqurma işlərini davam etdirir

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Astara rayonunun Doli və Diqo kəndlərinin elektrik enerjisi ilə təminatı istiqamətində görülən işlər bir ay başa çatdırılacaq.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astarada jurnalistlərə verdiyi müsahibədə deyib.

Ölkə başçısının 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, Astaranın Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC-yə 1,5 milyon manat ayrıldığını xatırladan T.Mustafayev həmin kəndlərdən birinin - çətin relyefdə, ucqar dağlıq ərazidə yerləşən Sekaşan kəndinin elektrik enerjisi ilə təmin olunduğunu bildirib.

O, Astara rayonunun dağlıq ərazisində yerləşən digər iki yaşayış məntəqəsinin - Doli və Diqo kəndlərinin də yaxın vaxtlarda elektrik enerjisi ilə təmin olunacağını bildirib: “Məqsədimiz havalar soyuyanadək bütün abonentləri dayanaqlı elektrik enerjisi ilə təmin etməkdir”.

Payız-qış mövsümü ilə əlaqədar “Azərişıq “ASC-nin tabeliyində olan xidmət sahələrində hazırlıq işlərinə başlandığını qeyd edən T.Mustafayev 62 kənddə yenidənqurma işlərinin aparıldığını deyib.