“Azərişıq”ASC-nin rəhbərliyi Yardımlıda vətəndaşları qəbul etdi

15.11.2019 / 451 baxış “Azərişıq”ASC-nin rəhbərliyi Yardımlıda vətəndaşları qəbul etdi

 

Bu gün "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Yardımlıda vətəndaşları qəbul edib.

 

Qəbulda Masallı və Yardımlıdan olan vətəndaşlar iştirak ediblər.

 

Əhalinin müraciətlərini dinləyən “Azərişıq”ASC rəhbəri bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Bir sıra araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

 

Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.